Bakıda \"Səmərəli dövlət idarəçiliyi: zamanın çağırışları\" mövzusunda beynəlxalq konfrans işə başlayıb
Bu gün Bakıda Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) təşkilatçılığı, BMT və TİKA-nın dəstəyi ilə \"Səmərəli dövlət idarəçiliyi: zamanın çağırışları\" mövzusunda beynəlxalq konfrans işə başlayıb. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən DİA-nın I prorektoru Əlikram Abdullayev bildirib ki, tədbirin məqsədi Azərbaycanda dövlət idarəçiliyi üzrə həyata keçirilən islahatların elmi təhlili, əldə olunan uğurlar və nəticələr, həmçinin xarici ölkələrin təcrübəsinin tətbiqi imkanlarını araşdırmaqdır. O, qeyd edib ki, konfrans çərçivəsində təhsil və tədqiqat mərkəzlərində dövlət qulluğu üzrə kadrların hazırlanması sahəsində iştirakçılar tərəfindən həyata keçiriləcək təcrübə mübadiləsi aparılacaq.
Daha sonra çıxış edən təhsil naziri Misir Mərdanov hazırda təhsil sahəsində gedən islahatlardan danışıb. Tədbirin vacibliyinə toxunan nazir konfrasın işinə uğurlar arzulayıb.
Tədbirin tematik istiqamətləri "Müstəqil Azərbaycanda dövlət idarəçiliyi: nailiyyətlər və problemlər", "Heydər Əliyev və müstəqil Azərbaycanın dövlət idarəçiliyi sistemində islahatlar", "BMT-nin Minilliyin inkşaf məqsədləri və səmərəli idarəçilik", \"Dövlət orqanlarının və dövlət qulluqçullarının fəaliyyətində şəffaflıq, hesabatlılıq, korrupsiyaya şərait yaradan halların və amillərin aradan qaldırılması\", \"Xarici ölkələrin səmərəli idarəçilik sahəsində qazandıqları təcrübə, beynəlxalq əməkdaşlıq perspektivləri\", \"Elektron hökumət dövlət idarəçiliyin müasir texnologiyası kimi dövlət qulluğu kadrlarının sisteminin təkmilləşdirilməsi, yeni yanaşmalar və müasir texnologiyalar\", \"Dövlət qulluqçularının innovasiya potensialının inkişafı\", \"İKT sahəsində peşəkar dövlət qulluqçularının hazırlanması və onların səriştəliyinin qiymətləndirilməsinin metodikası\" məsələləridir.
Konfransda Azərbaycan dövlət orqanlarının təmsilçiləri, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Polşa, Litva, Estoniya, Özbəkistan, Qırğızıstan və digər dövlətlərin idarəçilik akademiyaları, institutlar və elmi mərkəzlərinin rəhbərləri, o cümlədən ekspertlər, beynəlxalq təşkilatların və QHT-lərin nümayəndələri iştirak edirlər.
Konfrans işini sabah yekunlaşdıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB