Dəhşətli qəza-maşında 8 nəfər yandı

Dəhşətli qəza-maşında 8 nəfər yandı
Azərbaycanda dəhşətli yol qəzası baş verib. Hadisə dekabrın 5-də saat 21.00 radələrində Bakı-Quba yolunun 37-ci kilometrliyində, magistral yolun Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb. "BMW" markalı, 10 NT 820 dövlət nömrə nişanlı minik avtomobili "Mercedes" markalı, 90 LT 366 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub. Nəticədə 8 nəfər yanaraq ölüb. Hazırda həmin şəxslərin adları dəqiqləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə