Ağdamıda “Məişətdə baş verə biləcək hadisələr barədə hər birimiz maariflənək” adı altında tədbir keçirilib
Ağdamın Quzanlı qəsəbəsində "Məişətdə baş verə biləcək hadisələr barədə hər birimiz maariflənək" adı altında toplantı keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, tədbir Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən təşkil olunub. Tədbirin əsas məqsədi cəbhəyanı yaşayış məntəqə sakinlərinin yarana biləcək fövqəladə hallar zamanı daha da hazırlıqlı olmasına zəmin yaratmaqdır. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əhaliyə bazarlara çıxarılan nasaz və standartlara uyğun olmayan sertifikatsız qızdırıcı sobaların ən əsası isə qustar üsulla hazırlınmış sobaları almamalarını tövsiyyə ediblər.
Qeyd edək ki, treyninq zamanı tədbirə qatılan ərazi nümayəndələrinin və eləcədə kənd bələdiyyə üzvlərinin xüsusilə də qış aylarında daha da diqqətli olmağa çağırıblar. Çünki yarana biləcək bütün bədbəxt hadisələrin qarşısının alınması əhalini maarifləndirilməsindən keçir.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB