Dekabrın 7-də Sumqayıt şəhərində Beynəlxalq Diaspor mərkəzinin təşkilatçılığı ilə İrəvan və Naxçıvan xanlıqlarının tarixini, mədəniyyətini, folklorunu özündə əks etdirən "Biz mütəq qayıdacağıq" adlı sərgi keçiriləcək. Beynəlxalq diaspor mərkəzinin aparat rəhbəri Samir Adıgözəllinin SİA-ya verdiyi məlumata görə, sərginin keçirilməsində məqsəd tarixi torpaqlarımız olan İrəvan və Naxçıvan xanlıqlarının tarixini, mədəniyyətini ictimaiyyətə bir daha yaxından təqdim etməkdir. Təşkil olunacaq sərgidə Xanlıqların müxtəlif tarixini əks etdirən foto şəkillər, maddi-mədəni abidələrdən nümunələr, hətta "Deportasiya" adlı filim də nümayiş ediləcək. Sərginin bir gün nümayişi nəzərdə tutulur. Qeyd edək ki, sözü gedən sərgi daha əvvəl Türkiyənin Qars və İqdır şəhərlərində də ictimaiyyətə təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB