Paytaxt sakinləri minimum əmək haqqının artırılması ilə bağlı sərəncamı müsbət qarşılayıblar

Paytaxt sakinləri minimum əmək haqqının artırılması ilə bağlı sərəncamı müsbət qarşılayıblar

Azərbaycan Respublikasının Prezideni İlham Əliyevin dekabrın 1-də Azərbaycanda minimum əmək haqqının artırılması haqda imzaladığı sərəncam müsbət qarşılanıb. Sərəncama əsasən ölkədə minimum aylıq əmək haqqı 2011-ci il dekabrın 1-dən 10 faiz artırılaraq 93,5 manat müəyyən edilib.


SİA-nın şəhər sakinləri arasında sorğu aparıb:


Şəhər sakini Əli Zeynalov: "Lap yaxşıdır. Müsbət qarşılayırıq. Prezidentimiz sosial problemlərimizin həlli ilə bağlı nə iş görürsə bunu təqdirəlayiq hal kimi qiymətləndirik. İnanıram ki, bu davamlı olacaq. İnsanların rifahının yaxşılaşdırılması üçün bu zamanında atılmış bir addımdır".

Şəhər sakini Esmira Rəhimova: "Allah ölkə baçısından razı olsun. Minimum əmək haqqı 10-15-20 faiz artırılsa da biz bundan razıyıq. Mən bir Azərbaycan vətəndaşı olaraq prezidentimizin bizlərə göstərdiyi bu diqqət və qayğını həmişə dəstəkləmişəm".

Şəhər sakini Abdulla Məmmədov: "Çox yaxşı. Allah ölkə başçısının canını sağ eləsin ki, bizləri və bizim yaşayış rifahımızı düşünərək bu addımları atır".

Şəhər sakini Yusif Əliyev: "Çox gözəl. Nə qədər artırılsa, bir o qədər yaxşıdır. Xalqımız daha da yaxşı yaşayar və ölkəmiz getdikcə inkişaf edər. Bu artımlar bizim üçün cox xeyirlidir".

Şəhər sakini Vaqif Qurbanoğlu: "Bu iş çox gözəl işdir. Ümumiyyətlə, bizim prezident sevimli bir insandır. Prezidentin xalqın rifahı naminə atdığı bu cür addımlar şəhər sakinləri tərəfindən müsbət dəyərləndirilir".

Qeyd edək ki, 2010-cu ilin 31 avqust tarixli Sərəncamla Azərbaycanda minimum aylıq əmək haqqı 85 manat idi.

Bütün xəbərlər Facebook səhifəmizdə