İlham Əliyev Xorvatiyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib

İlham Əliyev Xorvatiyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Xorvatiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Drajen Hrastiçin etimadnaməsini qəbul edib. SİA-nın xəbərinə görə, Drajen Hrastiç etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib. Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Xorvatiya Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdib. Dövlətimizin başçısı ölkəmizin ikitərəfli əlaqələri bütün sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu dedi. Prezident İlham Əliyev iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı sərmayə qoyuluşunun əhəmiyyətini vurğulayıb. Dövlətimizin başçısı ikitərəfli münasibətlərin gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.


Bütün xəbərlər Facebook səhifəmizdə