Azərbaycanın Ermənistanla sərhəd olan cəbhəboyu rayonlarda mina ilə zəngin təhlükəli yerlər mövcuddur. Lakin həmin ərazilərdə əməliyyat aparmaq və təmizləmək mümkün deyil. Azərbaycanın Ermənistanla sərhəd olan və cəbhəboyu rayonlarında çoxlu təhlükəli ərazilər var.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin Mina Təhlükəsinə dair Maarifləndirmə Departamentinin meneceri Musa Cəlalov deyir ki, onların çox qismi ANAMA tərəfindən təmizlənib. Amma təhlükə hələ də qalmaqda davam edir: "Hərbçilərə yaxın olan yerlərdə elə ərazilər var ki, oralar nəzarət aldındadır və ora girmək mümkün deyil. Çünki düşmən tərəfdən snayperlə əməliyyatçılar vurula bilər. Ona görə də həmin ərazilərdə əməliyyat aparmırıq. Bizə icazə verilən yerlərdə bu işlər görülür. Amma təhlükə hələ də qalmaqda davam edir".
Milli Agentliyin rəsmisi qeyd edir ki, həmin
yerlərdə əhalinin təhlükəsizliyini təmin etmək üçün mina təhlükəsizliyinə dair
maarifləndirmə proqramı həyata keçirilir. Onun sözlərinə görə, 24 rayon üzrə
1200 məktəbdə bu işlər davam etdirilir: "2335 müəllim 4-6-cı siniflərə bu
kursu keçir. 2004-cü ildə təsdiq olunan bu kursa hər il 52 min şagird cəlb
olunur. Demək olar ki, 2004-cü ildən bu günə kimi məktəblilər arasında minalar
və mərmilərdən ölüm halları 0-a enib və bu da işlərimizin uğurudur".
Musa Cəlalov vurğulayıb ki, yeni layihəyə əsasən Ceyrançöl
ərazisi mina və partlamamış hərbi sursatlardan təmizlənəcək. Həmin ərazidən Bakı-Tbilisi-Ceyhan
neft kəməri keçir və bu ərazinin təhlükəsizliyi tam təmin olunmalıdır: "Bu
layihə artıq hazırdır və ANAMA bu layihəyə başlamağa hazırdır. Həm donorlar,
həm də Azərbaycan Hokumətinin maliyyə vəsaitinin ayırmasını gözləyirik.
Layihə artıq hökumətə təqdim olunub və gələn ildən bunun icrasına başlana
bilər. 48 ay müddətində həyata keçiriləcək layihənin ümumi məbləği 9
milyon avrodur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB