Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti "İRƏLİ" İctimai Birliyi ilə birgə həyata keçirdiyi "Sığortalı gələcək" layihəsi çərçivəsində həyata keçirilən seminarlar sona çatıb. SİA-nın xəbərinə görə, bir ay müddətində keçirilən seminarlar zamanı 120 nəfər gəncə sığorta haqqında ümumi biliklər, sığorta növləri, Azərbaycanın sığorta bazarı, dövlətin sığortaya nəzarət tədbirləri haqqında ətraflı məlumat verilib. Seminarların praktiki hissəsində isə iştirakçılar komandalara bölünərək müxtəlif simulasiya oyunlarında iştirak etmiş, qalib komandalar mükafatlandırılıb.
Layihə çərçivəsində həmçinin sığorta və sığorta fəaliyyəti haqqında cəmiyyətin məlumatlılıq səviyyəsini artırmaq və diqqəti bu sahəyə cəlb etmək üçün maraqlı tərəflər olan KİV nümayəndələri, ictimai fəallar, gənclər və digərlərini əhatə edən "Sığortalı gələcək" adlı müsabiqə də həyata keçirilib. Müsabiqəyə təqdim olunmuş materiallar "İRƏLİ" İctimai Birliyinin və Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir. Müsabiqənin nəticələri yaxın vaxtlarda açıqlanacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti "İRƏLİ" İctimai Birliyi ilə birgə həyata keçirilən "Sığortalı gələcək" layihəsinin əsas məqsədi əhali, xüsusilə gənclər arasında sığorta ilə bağlı maarifləndirmə işinin aparılması, əhali arasında sığorta mədəniyyətinin yüksəldilməsi, cəmiyyətin diqqətinin sığorta məsələlərinə çəkilməsi, sığorta işinin əhaliyə daha fərqli və kreativ üsullarla çatdırılmasıdır.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB