Fizuli Ələkbərov cənub bölgəsindəki 7 rayonda vətəndaşları qəbul edib
Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Masallı rayonunda olaraq, nazirliyin həmin rayon da daxil olmaqla, respublikamızın cənub bölgəsində yerləşən 7 rayonundakı strukturlarının fəaliyyəti ilə bağlı şikayət ərizələri ünvanlanan vətəndaşları qəbul edib. SİA-nın xəbərinə görə, bir sıra şikayət ərizələrində haqlı narazılıqların ifadə edildiyi də aydın olub ki, bu narazılıqların əsas səbəbinin yerli strukturların ayrı-ayrı əməkdaşları tərəfindən vətəndaşların müraciətlərinə baxılmasında səhlənkarlıq və ədalətsizlik hallarına yol verilməsi ilə bağlı olduğu müəyyən edilib.
Vətəndaşların müraciətlərində əksini tapan məsələlərin ədalətli həlli ilə əlaqədar göstəriş verən nazir Fizuli Ələkbərov eyni zamanda vətəndaşlarda haqlı narazılıq yaradan hallarla bağlı aidiyyatı yerli strukturların və onların əməkdaşlarının fəaliyyətinin araşdırılması, vəzifə borcunu məsuliyyətsiz və səhlənkarlıqla yerinə yetirən əməkdaşlarla bağlı qanunauyğun tədbirlər görülməsi barədə tapşırıq verib. Vətəndaşların müraciətlərinin araşdırılması zamanı aztəminatı ailələrin bir qisminin aktiv sosial müdafiə tədbirlərinə cəlb edilmək üçün potensial imkanlara malik olmaları müəyyən edilib ki, belə ailələrin əmək qabiliyyətli üzvlərinin səmərəli məşğulluğunun təminatına kömək göstərilməsi, eləcə də onların gələcəkdə birdəfəlik ünvanlı yardım-Özünədəstək proqramına cəlb edilmələri qərara alınıb.
Vətəndaşların yaşadıqları bölgədə onların şəxsi iştirakı ilə qəbulu və müraciətlərinin araşdırılması işləri digər rayonlarda da davam etdiriləcək.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB