BMT Baş Assambleyasının 14 oktyabr 1992–ci il tarixli qətnaməsi ilə hər il BMT-yə üzv olan ölkələrdə 3 dekabr Beynəlxalq əlillər günü kimi qeyd edilir. SİA-nın xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlət qurumları, həmçinin aidiyyəti QHT-lərin nümayəndələri ilə birgə dəyirmi masa keçirilib.
Bundan əlavə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şaqan 3 saylı internat evində və sağlamlıq imkanları məhdud uşaqların və əlillərin dövlət himayəsində yaşadığı digər sosial xidmət müəssisələrində tədbirlər keçirilib. Nazirliyin məsul şəxslərinin iştirak etdiyi tədbirlərdə əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara incəsənət ustalarının ifasında musiqili-əyləncəli proqram təqdim edilib, onlara hədiyyələr verilib.
1 iyul 2011-ci il tarixə olan məlumata əsasən, respublikamızda 419 598 nəfər əlilliyi olan şəxs vardır ki, onlardan sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sayı 59 207 nəfər təşkil edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hazırda dünya üzrə əlilliyi olan şəxslərin əhali tərkibində faiz göstəricisi 10 faizdir, Azərbaycanda isə bu rəqəm 4,4 faiz təşkil edir ki, bu da MDB məkanında ən aşağı göstəricilərdən sayılır.
Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Təkcə son on il ərzində dövlət başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əmək pensiyalarının orta aylıq məbləği 7,6 dəfə, sosial müavinətlərin orta aylıq məbləği isə 4 dəfədən çox yüksəlib. Son illərdə ölkədə əlilliyin artım tempinin qarşısı tamamilə alınıb, reabilitasiya göstəricisi isə 6 faizədək yüksəlib. Hazırda ölkədəki 14 bərpa mərkəzində hər il reabilitasiya potensialına malik 8 000 nəfərdən çox fiziki məhdudiyyətli insan bərpa-müalicə xidməti ilə təmin olunur.
Səhiyyə Nazirliyinin müvafiq komissiyasının rəyi əsasında nazirlik tərəfindən 94 nəfər əlilin onları müşayiət edən 61 nəfərlə respublikadan kənar müalicəyə göndərilməsinə, 16 nəfər əlilin respublika daxilində müalicəsinə, 90 nəfərin sosial-məişət problemlərinin həll edilməsinə maddi köməklik göstərilib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB