Gələn həftə Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşü planlaşdırır
ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası 6-7 dekabr tarixlərində Litva paytaxtında keçiriləcək. SİA-nın xəbərinə görə, gələn həftə Vilnüsdə keçiriləcək toplantısı çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan görüşü planlaşdırır.
Görüşdə Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və Jak Forun (Fransa) da iştirakı gözlənilir. Tərəflərin ATƏT XİN rəhbərlərinin toplantısının gedişində həmsədr ölkələrin xarici işlər nazirləri ilə 3+2 formatında görüşü də istisna olunmur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB