İmişlidə istehlakçıların elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib

İmişlidə istehlakçıların elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib

İstehlakçıların "Elektrik enerjisindən istifadə qaydaları"na riayət etmələrinin yoxlanılması istiqamətində keçirilən reydlər zamanı sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə, sayğacın üst və ya alt qapaqlarına müvafiq dövlət qurumları tərəfindən vurulmuş möhürlərin pozulması, baxış şüşələrinin sındırılması və digər pozuntu hallarına rast gəlinir.

Cari ilin 10 ayı ərzində İmişli elektrik şəbəkəsinin (EŞ) xidməti ərazisində keçirilmiş reydlər zamanı 640-dan çox istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 6 milyon 474,9 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 388,5 min manata yaxın istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

O cümlədən, cari ilin oktyabr ayında 49 qayda pozuntusu faktı aşkar olunub. Nəticədə 278,4 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 16,7 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Hesabat ayında həmin bu məbləğin 36 faizdən çox hissəsinin ödənişi təmin edilib.

Saatlı EŞ-dən əldə edilən məlumata görə, cari ilin 10 ayı ərzində keçirilmiş reydlər zamanı 328 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 1 milyon 253,4 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 75,2 min manatdan çox istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 31 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

O cümlədən, cari ilin oktyabr ayında 21 qayda pozuntusu fakt aşkar olunub. Nəticədə 55,3 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 3,3 min manatdan çox istehlak dəyəri bərpa edilib. Hesabat ayında həmin bu məbləğin 35 faizinin ödənişi təmin edilib.

Kürdəmir EŞ-in xidməti ərazisində cari ilin 10 ayı ərzində keçirilmiş reydlər zamanı 712 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 3 milyon 506,8 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 110,4 min manatdan çox istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 73 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

O cümlədən, cari ilin oktyabr ayında isə burada 54 qayda pozuntusu faktı aşkar olunub. Nəticədə 145,8 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 8,8 min manata yaxın istehlak dəyəri bərpa edilib. Hesabat ayında həmin bu məbləğin 58 faizdən artıq hissəsinin ödənişi təmin edilib.

Mənbələrdən qayda pozuntularının istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən onu da bildirək ki, sözügedən dövr ərzində ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə