Rəbiyət Aslanova: "Bu gün Azərbaycanda dövlət və din münasibətləri sivil səviyyədədir" - MÖVQE
Qafqaz müsəlmanlarının bütün şeyxülislamları barədə ayrıca tədqiqat işləri aparılmalı və onların irsi öyrənilməlidir. Bunu Qafqaz müsəlmanlarının 8-ci şeyxülislamı Axund ağa Əlizadənin anadan olmasının 140 illiyinə həsr olunmuş elmi-praktik konfransda Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyət Aslanova bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda dövlət və din münasibətləri sivil səviyyədədir: "Azərbaycanda dini etiqat azadlığı təmin olunur".
Millət vəkili hesab edir ki, Qafqaz Müsəlmanları İdarəsi islam dinini və dəyərlərini, dini tolerantlığı bütün dünyaya çatdırır. R.Aslanova bu işlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB