Ceyrançöl ərazisi mina və partlamamış hərbi
sursatlardan təmizlənəcək. SİA-nın xəbərinə görə, bunu ANAMA-nın Mina Təhlükəsinə dair
Maarifləndirmə Departamentinin meneceri
Musa Cəlalov deyib. O bildirib ki, Ceyrançöl ərazisindən Bakı-Tbilisi-Ceyhan
neft kəməri keçir. Neft kəmərinin təhlükəsizliyinin təmiz edilməsi üçün Ceyrançöl
ərazisində olan partlamamış hərbi sursatlar təmizlənməlidir. Bu layihə artıq
hazırdır və ANAMA bu layihəyə başlamağa hazırdır. Həm donorların, həm də
Azərbaycabn Hokumətinin maliyyə vəsaiti ayırmasını gözləyirik. Layihə artıq
hökumətə təqdim olunub və gələn ildən bunun icrasına başlana bilər. 48 ay müddətində həyata
keçiriləcək layihənin ümumi məbləği 9 milyon avrodur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB