Azərbaycanda mina qurbanlarının sayı digər Cənubi Qafqaz ölkələrinə nisbətən 2 dəfə çoxdur

Azərbaycanda mina qurbanlarının sayı digər Cənubi Qafqaz ölkələrinə nisbətən 2 dəfə çoxdur

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi Ermənistanın Azərbaycana qarşı apardığı müharibə nəticəsində ölkədə minaların və kasetli silahların yaratdığı problemlərə həsr olunan dəyirmi masa keçirib. SİA-nın xəbərinə görə, tədbirdə hökumət strukturlarının, beynəlxalq və yerli təşkilatların, xarici ölkə səfirliklərinin nümayəndələri iştirak edib.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib ki, aparılan tədqiqatların nəticələrinə görə Azərbaycandakı mina qurbanlarının sayı Cənubi Qafqazdakı digər ölkələrdən 2 dəfə çoxdur. Onun sözlərinə görə, hər il büdcədən ölkə ərazisinin minalardan təmizlənməsinə ayrılan vəsaitləri ilbəil artır. Azərbaycanın həm mina, həm də piyadalar əleyhinə konvensiyadan irəli gələn işləri uğurla həyata keçirdiyini deyən H.Səfixanov vurğulayıb ki, bunlar digər ölkələr, beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanır.


Norveçin Azərbaycandakı səfiri Erlinq Şönsberq
isə bildirib ki, tərkisilah məsələsi həm humanitar, həm də hər kəsin qarşısında duran ən önəmli işlərdən biridir. Onun sözlərinə görə, həm piyadalar, həm də kasetli silahlar əleyhinə konvensiya dünyada tərksilah üçün atılmış mühüm addımdır: "Bu sahədə görülən işlər belə silahlardan istifadə nəticəsində mülki şəxslərə dəyən ziyanın aradan qaldırılmasına yönəlib. Azərbaycan da minaların təmizlənməsi istiqamətində xeyli işlər görür. Azərbaycan piyadalar əleyhinə minaların qadağan olunması konvensiyasını dəstəkləyir və irəli gələn işləri yerinə yetirir".

ANAMA-nın Mina Təhlükəsinə dair Maarifləndirmə Departamentinin meneceri Musa Cəlalov isə ölkədə bu istiqamətdə görülən işlər barədə rəqəmləri açıqlayıb: "ANAMA-nın əməliyyatçıları Füzuli, Ağcabədi, Ağdam, Ağstafa, Bərdə, Göygöl, Qazax və digər regionlarda əməliyyatları davam etdirir. İndiyədək 175 milyon 876 min 923 kvadratmetrdən artıq ərazi təmizlənib. Əməliyyatlar nəticəsində 664 957 ədəd mina və partlamamış sursat aşkar edilərək partladılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə