Xətai rayonuna su fasilələrlə veriləcək

Xətai rayonuna su fasilələrlə veriləcək

2-3 dekabr tarixlərində Xətai rayonunun bir hissəsinə - Gəncə prospekti, X.Məmmədov, S.Ə.Şirvani, Vunqtau, Məhəmməd Hadi küçələrinə içməli suyun verilməsində müəyyən fasilələr olacaq. "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən SİA-ya verilən məlumata görə, əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində Bakının Xətai rayonu ərazisində də magistral kəmərlərin yenilənməsi işləri aparılır. Bununla əlaqədar yaranmış narahatlığa görə, "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə