2012-ci il büdcəsinin 10,1 faizi sosial müdafiəyə ayrılıb

2012-ci il büdcəsinin 10,1 faizi sosial müdafiəyə ayrılıb

Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, 2012-ci il büdcəsinin 10,1 faizi sosial müdafiəyə ayrılıb. Millət vəkilinin SİA-ya verdiyi məlumata görə, buraya əlillərə, müavinətlərin verilməsi, sosial reabilitasiya məsələləri, ünvanlı sosial yardımın verilməsi və digər məsələlər daxildir: "2012-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 2 milyard 454 milyon 300 min manat təşkil edəcək. Yeni ildən sığorta olunanların sanator - kurort xərcləri də artırılacaq. Gələn il həmin xərclər üçün büdcədə 15,660 milyon manat nəzərdə tutulub ki, bu da son 3 illə müqayisədə 2,5 dəfə, 2011-ci ildəkindən 2,5 milyon manat çoxdur".


Büdcənin mədaxil hissəsindəki artımlara və yeniliklərə gəlincə, millət vəkili deyir ki, gələn il büdcə gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 13,3 faiz çoxalacaq: "Məcburi sığorta haqları və dövlət büdcəsindən ayırmaların xüsusi çəkisi ardıcıllıqla 57,35 və 42,55 faiz olmaqla hər iki göstəricinin artım hissəsi ötən illə müqayisədə təxminən eyni miqdarda 1,6 faiz artırılacaq.

2012-ci ildə yaşayış minimumu 95 manatdan 108 manata qaldırılacaq. Ehtiyac meyarı isə sırf ünvanlı sosial yardımı hesablamaq üçün düşünülən rəqəmdir. Ehtiyac meyarı bu il 75 manatdırsa, 2012-ci ildə 84 manat olacaq".


Bütün xəbərlər Facebook səhifəmizdə