Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-3 dərəcə isti, gündüz 7-10 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında havanın gündüz əsasən yağmursuz, lakin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, dağətəyi rayonlarda sulu qar, dağlıq rayonlarda isə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.


Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5dərəcə isti olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 15-20 dərəcə şaxta olacağı gözlənilir.


Tibbi-meteoroloji proqnoz: dekabrın 02-dən 04-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə