Ərzurumda “Müstəqilliyimizin 20-ci ilində Azərbaycan-Türkiyə əlaqələri” mövzusunda konfrans keçiriləcək
Türkiyənin Ərzurum şəhərində Azərbaycanın dövlət müstəqilliyinin bərpasına həsr olunmuş "Müstəqilliyimizin 20-ci ilində Azərbaycan-Türkiyə əlaqələri" mövzusunda konfrans keçiriləcək. SİA-nın xəbərinə görə, tədbirdə qardaş ölkənin parlament üzvlərinin və tanınmış elm adamlarının iştirakı gözlənilir.
Konfransda qarşılıqlı əlaqələrin tarixi, iqtisadi və siyasi münasibətlərin inkişaf yolları və s. mövzularında mühazirələr dinləniləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB