\"QİÇS nədir?\" adlı aksiya keçirildi

\"QİÇS nədir?\" adlı aksiya keçirildi

Bu gün 1 dekabr QİCS-lə mübarizə günü ilə əlaqədar Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi \"QİÇS nədir?\" adlı aksiya keçirdi. SİA-nın məlumatına görə, birlik gəncləri dünyanın ən qlobal problemlərindən birinə çevrilən QİÇS haqda məlumat vermək və ondan qorunma yollarını öyrətmək məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin qarşısında bukletlər payladı. Eyni zamanda birliyin ekspert və fəalları gənclərə QİÇS əleyhinə maarifləndirmə xarakterli məlumatlar verdilər.

Birliyin üzvləri bildirdilər ki, aksiyada paylanan bukletlərdə gənclər bu dəhşətli virusa yoluxma, ondan qorunma yolları, virusun hansı yollarla ötürülməsi, yoluxmanın necə aşkarlanmasının mümkünlüyü haqda məlumatlar yer alıb.

Aksiya paytaxtın mərkəzi küçələrində davam etdirildi və paytaxt sakinlərinə də QİCS-lə bağlı məlumatlar verildi.

Bütün xəbərlər Facebook səhifəmizdə