“Mətbuat xidməti işinin təşkili və ictimaiyyətlə əlaqələr” adlı məşğələ keçirilib
Bu gün Mətbuat Şurası və Azərbaycan Tələbələr Birliyinin (ATB) birgə təşəbbüsü əsasında gerçəkləşəcək təlim məşğələlərinə start verilib. SİA-nın xəbərinə görə, ilk məşğələ "Mətbuat xidməti işinin təşkili və ictimaiyyətlə əlaqələr" mövzusunu əhatə edib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov
iştirakçıları salamlayaraq gənclərin bu mövzu ilə maraqlanmalarını,
təşəbbüslər göstərmələrini yüksək qiymətləndirib: "Gənclərin mətbuatla,
ümumilikdə media ilə maraqlanmaları, yeni ideyalarla çıxış etmələri bizi çox
sevindirir. Mətbuat Şurası mövcud istiqamətdə gənclərə dəstəkləməyə hazırdır".
Ə.Amaşov çıxışında PR və İctimaiyyətlə əlaqələrin tarixindən söhbət açıb:
"Təqribən 10 il öncə, Azərbaycanda PR və İctimaiyyətlə əlaqələrin
sistemləşdirilərək, universitetlərdə tədris kursu kimi keçilməsi təşəbbüsü ilə
çıxış etdik. Sevindirici haldır ki, artıq bir neçə universitetdə bu sahə ayrıca
fənn kimi tədris edilir. Hazırda internetin həyatımıza sürətli nüfuzu, ənənəvi
mediada olduğu kimi, yeni mediada da PR və İctimaiyyətlə əlaqələr işinin düzgün
qurulması, inkişaf perspektivlərinin müəyyənləşdirilməsini tələb edir. Facebook,
twitter və. s kimi sosial şəbəkələr bu sahənin xeyli inkişaf etməsinə zəmin
yaradır."
25 tələbənin qatıldığı təlim məşğələ PR nədir, PR və İctimaiyyətlə əlaqələrin qurulması, PR-dan məqsədyönlü istifadənin yolları, bu işin aparılması kimi mövzularla davam etdirilib.
Qeyd edək ki, Mətbuat Şurası və Azərbaycan Tələbələr Birliyinin birgə təşəbbüsü nəticəsində baş tutan təlim məşğələlərin əsas məqsədi gənclərin müxtəlif mövzularda bilik və bacarıqlarının artırılmasıdır. Bu işdə yerli və xarici mütəxəssislərin köməyindən istifadə olunacaq. Silsilə xarakterli təlim-məşğələlərin hər ay təşkili nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB