Müəllif hüquqlarının təminatı sahəsində yeniliklər tətbiq ediləcək

Müəllif hüquqlarının təminatı sahəsində yeniliklər tətbiq ediləcək

"Əqli mülkiyyətin qorunması və piratçılığın qarşısının alınması haqqında" qanun layihəsi gələn il Milli Məclis tərəfindən qəbul oluna bilər. SİA-nın xəbərinə görə, Müəllif Hüquqları Agentliyinin rəhbəri Kamran İmanov jurnalistlərə açıqlamasında bildirib ki, layihə bu yaxınlarda parlamentə təqdim edilməlidir. K.İmanov vurğulayıb ki, qanun qəbul edildikdən sonra müəllif hüquqlarının təminatı sahəsində bir çox yeniliklər tətbiq ediləcək.

"Azərbaycanda piratçılığın qarşısının alınması üçün hazırlanan qanun layihəsinin gələn il qəbul olunması gözlənilir. Qanun müəllif hüquqlarının təminatı, bazarda piratçılığın qarşısının alınması üçün konkret addımların atılmasına, internetdə rəqəmli hüquqların qorunmasına imkan verəcək", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə