Səməd Seyidov Fələstinin ölkəmizdəki səfiri ilə görüşüb

Səməd Seyidov Fələstinin ölkəmizdəki səfiri ilə görüşüb

Dekabrın 1-də Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərəm A.Rəhim ilə görüşüb. ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın SİA-ya verdiyi məlumata görə, görüşdə ikitərəfli əlaqələr müzakirə olunub, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Səməd Seyidov Azərbaycanın həm Avropa ölkələri ilə, həm də Şərq ölkələri ilə əlaqələrə mühüm əhəmiyyət verdiyini və bu istiqamətdə Yaxın Şərq ərəb ölkələri ilə qarşılıqlı səmərəli əməkdaşlıq etdiyini vurğulayıb. O, Azərbaycanla Fələstin arasında mövcud əlaqələrin, siyasi və iqtisadi münasibətlərin genişlənməsindən söz açıb.

Səfir Nasir Əbdül Kərəm A.Rəhim əlaqələrimizin inkişafından razılığını ifadə edib. O, ərəb dövlətlərinin beynəlxalq aləmdə tutduğu yeri və oynadığı rolu xarakterizə edərək, Azərbaycanın ölkəsi ilə əməkdaşlığına toxunub. Görüşdə həmçinin dünyadakı müasir siyasi-ictimai durum, o cümlədən Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ probleminə də toxunulub. Bununla yanaşı, tərəflər təkcə siyasi-iqtisadi deyil, mədəni-humanitar, xüsusən təhsil sahəsində əməkdaşlığı vacib saydıqlarını bildiriblər.


CABİR

Bütün xəbərlər Facebook səhifəmizdə