Astarada 204 transformator məntəqəsində təmir işləri aparılıb

Astarada 204 transformator məntəqəsində təmir işləri aparılıb

Digər enerji obyektlərində olduğu kimi "Şirvan", "Astara" və "Yardımlı" elektrik şəbəkələrinin (EŞ) xidməti ərazilərində də istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədlə transformator məntəqələrində (TM), ötürücü və paylayıcı şəbəkələrdə yenidənqurma işləri, eləcə də əsaslı və cari təmir işləri yerinə yetirilir.

"Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya daxil olan məlumata görə, Şirvan EŞ-nin balans mənsubiyyətinə aid şəbəkələrdə həyata keçirilmiş yenidənqurma tədbirləri çərçivəsində ümumi uzunluğu 1,6 kilometrə yaxın olan 10 və 6 kV-lik EVX çəkilmiş və eyni gərginlikli xətlərin 4,4 kilometri isə əsaslı təmir edilib. Eyni zamanda uzunluğu 18 kilometrə yaxın 0,4 kV-luq xətt SİP tipli kabellə əvəz edilib.

Qeyd edək ki, yenidənqurma tədbirləri ilə əlaqədar "smart" tipli kart sayğacların quraşdırılması üçün sayğacların girişinə 6 kilometrə yaxın uzunluğunda koaksial kabel çəkilişi həyata keçirilmiş, 21 ədəd transformator məntəqəsində müxtəlif təyinatlı təmir işləri aparılıb. Eyni zamanda ümumi gücü 3,8 MVA-dan artıq olan 7 ədəd transformator əsaslı təmir edilib.

Astara EŞ-dən əldə edilən məlumata görə, müəssisənin xidməti ərazisində isə 204 ədəd transformator məntəqəsində təmir işləri aparılmış, ümumi gücü 0,9 MVA-ya yaxın olan 8 ədəd transformatorda əsaslı təmir işləri aparılaraq tam istismara yararlı vəziyyətə gətirilib. Onu da qeyd edək ki, təmir işləri EVX-lərdən də yan keçməyib. Belə ki, təmir kampaniyası çərçivəsində 10 kV-lik EVX-də 90 kilometrdən artıq hissədə və 0,4 kV-luq EVX-də 15 kilometrə yaxın hissədə müxtəlif təyinatlı təmir işləri aparılıb.

Yardımlı EŞ-in xidməti ərazisində isə elektrik enerjisi ilə təminatda dayanıqlığın daha da möhkəmləndirilməsi məqsədi ilə ümumi gücü 2 MVA-dan artıq olan 23 ədəd transformator məntəqəsində müxtəlif təyinatlı təmir işləri aparılıb. Bununla bərabər 21 ədəd transformator da əsaslı təmir edilib. Yeri gəlmişkən, Yardımlı rayonu ərazisində 10 kV-lik EVX-də 19 kilometrdən artıq hissədə, 0,4 kV-lik EVX-də 15 kilometrdən çox hissədə əsaslı və cari təmir işləri aparılıb.



CABİR

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня