Bakcell-də Opera mövsümü başlayır

Bakcell-də Opera mövsümü başlayır

Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti dünyanın ən populyar mobil internet brauzeri olan Opera Mini proqramının yaradıcısı Opera Software şirkəti ilə əməkdaşlığa başlayıb. Bu yeni əməkdaşlıq çərçivəsində Opera Software şirkəti Bakcell abunəçilərinə mobil telefon vasitəsilə internetdən daha sürətli və rahat istifadəni təklif edən Opera Mini brauzerinin xüsusi versiyasını hazırlayıb.

SİA-nın xəbərinə görə, xüsusi versiyasının tanıdılması məqsədilə keçirilən tədbirdə çıxış edən Bakcell-in baş icraçı direktoru Riçard Şirerin sözlərinə görə, ölkənin ilk və ən sürətlə inkişaf edən mobil operatoru Bakcell ən son texnologiyalar vasitəsilə öz müştərilərinə müasir xidmətlərin ən geniş çeşidini təqdim etməkdədir: \"Ən rahat və limitsiz mobil internet xidmətlərini təklif etməklə biz müştərilərimizin gündəlik ünsiyyəti və məlumat mübadiləsinə müsbət təsir göstərmək niyyətindəyik. Opera Mini sayəsində abunəçilərimiz internet trafikinə sərf olunan pul barədə fikirləşməyəcəklər. Onlar istənilən vaxt və yerdə öz sevimli internet saytlarını izləyə, vacib elektron məktublarını göndərə və ya dostlarla ünsiyyət saxlaya biləcəklər. Azərbaycanın ən dinamik mobil operatoru olaraq, biz abunəçilərimizə mobil internetin ən geniş və tam istifadə təcrübəsini təklif edirik\".

Tədbirdə o da qeyd olunub ki, Opera Mini vasitəsilə Bakcell abunəçiləri daha rahat və sürətli mobil internetdən istifadə edə biləcək, bununla da öz büdcələrinə qənaət edəcəklər. Opera Mini brauzerindən istifadə zamanı internet səhifələri digər mobil brauzerlərlə müqayisədə daha tez yüklənir. Xüsusi olaraq, mobil telefonlar üçün hazırlanmış Opera Mini brauzeri veb səhifələrini sıxmaqla məlumat axınını 90% qədər azaldır və yüksəksürətli internetdən istifadə zamanı pula qənaət etmək imkanını yaradır. Opera Mini brauzeri 3000-dən artıq mobil telefon modeli və ən populyar mobil platformalar tərəfindən dəstəklənir.

Qeyd edək ki, Bakcell, Opera Mini istifadəçilərinə 0.19 AZN qiymətinə bir günlük və ya xüsusi kampaniya müddətində 1.99 AZN qiymətinə aylıq limitsiz internet paketlərini təklif edir. Bakcell abunəçiləri öz mobil telefonlarından m.opera.com ünvanına daxil olub Opera Mini brauzerini yükləyə bilərlər. Xidmət Blakberry istifadəçiləri istisna olmaqla, bütün Bakcell abunəçiləri üçün nəzərdə tutulub. Müştərilər gündəlik və ya aylıq limitsiz internet paketini seçmək imkanına malikdirlər. Bunun üçün gündəlik və ya aylıq paketə müvafiq olan \"1\" və ya \"30\" kodunu 6464 nömrəsinə SMS vasitəsilə göndərmək kifayətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə