BMT-nin baş katibi Pan Gi Mun Ümumdünya QİÇS-lə (AİDS) Mübarizə Günü münasibətilə müraciətlə çıxış edib.
BMT-nin Azərbaycandakı nümayəndəliyindən SİA-ya verilən məlumata görə, müraciətdə deyilir: "Biz ilk QİÇS yoluxmasının qeydə alınmasından 40 il keçdiyi bir vaxtda nəhayət ki, bu epidemiyaya son qoymaq üzrəyik. Bu günə kimi qazandığımız nailiyyətin sübutu İİV yoluxmaları, diskriminasiya və QİÇS ilə əlaqəli ölüm hallarını sıfıra endirmək məqsədini reallaşdıra bilməyimizdir. 1997-ci ildən bəri yeni İİV yoluxmalarının sayı 20 faizdən çox azalıb. Yeni yoluxmaların sayı dünyanın bir çox yerində azalmaqda davam edir. QİÇS yoluxmalarının ən çox müşahidə edildiyi Sub-Saxara Afrikasının 22 ölkəsində İİV-in əhatə dairəsi xeyli azalıb. İİV-in qarşısını almaq üçün lazımı xidmətlərdən istifadə edilməsi gənclər, fahişələr və onların müştəriləri, narkomanlar, bir-biri ilə cinsi əlaqədə olan kişilər və transcinsiyyətli insanlara öz sağlamlıqlarına daha yaxşı nəzarət etməyə kömək edir.
Müalicə tədbirləri 1985-ci ildən bəri 2,5 milyon insanı QİÇS ilə əlaqəli ölümlərdən xilas edib. Yalnız ötən il 700 min insanın həyatı xilas edilib. Təxminən yarısı aşağı və orta gəlirli ölkələrdən olmaqla, 6,6 milyon insanın müalicəyə ehtiyacı var və onlar müalicə almaqdadırlar. Xəstəliyin qarşısının alınması üçün görülən tədbirlər və onun müalicəsi arasında qarşılıqlı əlaqə nailiyyətləri artırmaqdadır. QİÇS-ə qalib gəlmək üçün biz daha böyük nəticələr əldə etməliyik. Bu il iyun ayında Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının yüksək səviyyəli görüşü zamanı QİÇS-lə əlaqədar 2015-ci il üçün hədəflər müəyyən edilib: İİV-in cinsi əlaqə vasitəsilə ötürülməsini yarıya qədər azaltmaq, uşaqlarda yeni yoluxma hallarını aradan qaldırmaq, İİV-ə yoluxmuş 15 milyon insanın müalicəsini təmin etmək, stiqma və ayrı-seçkiliyə son qoymaq və QİÇS ilə mübarizədə büdcə kəsirini aradan qaldırmaq. Güclü siyasi istək, səmərəli maliyyə vəsaitləri və insan hüquqlarına əsaslanmış qəti yanaşma ilə biz bütün bu məqsədlərə çata bilərik. Uğur qazanmaq üçün maliyyə çox əhəmiyyətlidir. Mən bütün tərəfləri BMT‐nin İİV/QİÇS üzrə birgə Proqramı tərəfindən irəli sürülmüş maliyyə çərçivəsi naminə iş görmək və 24 milyard ABŞ dolları məbləğində illik qlobal yatırım hədəfinə çatmağa səsləyirəm. Nəticələr ilkin xərcləri bir nəslin həyatı dövründən daha az zamanda kompensasiya edə bilər. Gələcək səylərimizi bizi bu dönüş nöqtəsinə gətirən siyasi öhdəlik, sərmayə qoyuluşu, enerji, fəallıq və qətiyyət əsasında qurmalıyıq. Hərəkət etmək vaxtıdır. Gəlin bu imkandan QİÇS-a həmişəlik son qoymaq üçün istifadə edək".
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%
Sizin reklam yeriniz

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



