“Həmkarlar İttifaqı – sağlam və təhlükəsiz əmək uğrunda” mövzusunda seminar keçirilib

“Həmkarlar İttifaqı – sağlam və təhlükəsiz əmək uğrunda” mövzusunda seminar keçirilib

Respublikada baş verən radikal ictimai və iqtisadi dəyişikliklər son illərdə sosial sığorta və təminat, əməyin və insanların sağlamlığının mühafizəsi sahələrində vəziyyəti, eləcə də vəzifələri kökündən dəyişib. Qazanılan təcrübə və kadrlar respublikamızda sosial və əmək qanunvericiliyinin işlənib hazırlanması sahəsində, fəal iş aparılmasında mühüm rol oynayır. Bunu Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev "Həmkarlar İttifaqı – sağlam və təhlükəsiz əmək uğrunda" mövzusundakı seminarında çıxışı zamanı bildirib. Bu sahədəki problemlərdən danışan sədr bildirib ki; "Əməyin mühafizəsi və iş şəraitinin yaxşılaşdırılması, sosial və hüquqi müdafiə problemləri həmkarlar ittifaqlarının fəaliyyətində həmişə aparıcı istiqamətlərindən olub. Biz bu işdə dövlət və idarəçilik orqanları tərəfindən hər cəhətdən dəstək duymalıyıq. Biz əmək münasibətlərinin bu sahəsində həmkarlar ittifaqlarının hüquqlarının qanunvericiliklə möhkəmləndirilməsinə, onların normativ-hüquqi bazanın işlənib hazırlanmasında yaxından iştirakına və müəyyən edilmiş norma və təminatlarının yerinə yetirilməsinə nəzarətinin gücləndirilməsinə çalışmalıyıq",-deyə konfederasiyanın sədri bildirib. Sonda seminarın işinə uğurlar arzulanıb.



Bütün xəbərlər Facebook səhifəmizdə