Səttar Mehbalıyev: \"2010-cu ildə 264 xəsarət almadan 83-ü ölümlə nəticələnib\"
"1993-cü ildə istehsalatda ağırlıq dərəcəsindən asılı olaraq zədələnən 289 nəfərdən 108-i dünyasını dəyişmişdisə, 2010-cu ildə 264 xəsarət almadan 83-ü ölümlə nəticələnib. Ölümlərdən 15-i Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının xidmətinə daxil olan müəssisə və təşkilatlarda qeydə alınıb". SİA-nın vediyi xəbərinə görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev deyib. Həmçinin S. Mehbalıyev qeyd edib ki, bir sıra nazirlik, komitə, şirkət, səhmdar cəmiyyət və qeyri-dövlət müəssisəsində son 10 il ərzində əməyin mühafizəsi və təhlükəsizlik texnikasına aid nə bir yeni təlimatın, nədə digər normativ aktların işlənib hazırlanmasına təşəbbüs göstərilib.
Eyni zamanda S. Mehbalıyev qeyd edib ki, iqtisadiyyatın qeyri-dövlət sektorunda işə götürənlər bədbəxt hadisələri təhqiq etməmək və uçota almamaqla gizlədirlər: "Bundan başqa, zərərçəkənlərə ziyana görə çatacaq ödənclərin, zərərli və təhlükəli iş şəraitinə görə güzəşt və kompensasiyaların verilməsini uzun müddət yubadırlar".
Ceyhun Eyyubov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB