Bakının baş planı gələn il hazır olacaq

Bakının baş planı gələn il hazır olacaq

"Böyük Bakının Regional İnkişaf Planı" layihəsi üzərində aparılan hazırlıq işləri tamamlanıb. SİA-nın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Dünya Bankı ilə razılaşdırılmış dörd məsləhətçi xidmətlərinə dair müqavilələrdən üçü artıq imzalanıb, o cümlədən layihənin koordinasiya funksiyaların həyata keçirilməsi üzrə Bakı Dövlət Layihə İnstitutu ilə imzalanmış müqavilədən sonra "Böyük Bakının rəqabətlilik və yerli iqtisadi inkişafı" və "Şəhər və regional planlaşdırılması" üzrə tender prosedurları nəticəsində seçilmiş beynəlxalq məsləhətçilərlə - ABŞ-dan olan şəhər iqtisadiyyatı üzrə mütəxəssis xanım Kaya Miller və Şəhər-Regional Planlaşdırma istiqaməti üzrə İtaliyalı təcrübəlı memar cənab Ancelo de\'Urso ilə müvafiq müqavilələr imzalanıb. "Ətraf mühitin strateji qiymətləndirilməsi" üzrə məsləhətçi şirkətinin seçilməsi üçün satınalma proseduru isə davam edir və cari ilin sonunda seçilmiş namizədlə müvafiq müqavilənin bağlanması gözlənilir. Ümumiyyətlə, "Böyük Bakının Regional İnkişaf Planı" layihəsinin tamamlanması 2012-ci ilin sonuna planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə