Azərbaycan Hava Yolları\" QSC Bakı-Lənkəran-Bakı və Bakı-Zaqatala-Bakı marşrutları üzrə iki daxili aviyareysi bağlayıb. SIA-nın verdiyi xəbərə görə, bağlanan reyslər martın 24-dən etibarən bərpa ediləcək. Məlumata görə, reyslərin müvəqqəti bağlanması bu istiqamətlərdə sərnişinlərin sayının az olması ilə bağlıdır. Şirkətdən deyiblər ki, bu istiqamətlər üzrə uçuşların qiyməti bir tərəfə 35 manat təşkil edir. Qeyd edək ki, Bakı-Zaqatala-Bakı və Bakı-Lənkəran-Bakı marşrutları üzrə aviareyslər müvafiq olaraq 2008-ci ilin sentyabr və oktyabr aylarında açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB