YAP Ağdaş rayon təşkilatının VI konfransı keçirilib

Bu gün YAP Ağdaş rayon təşkilatının VI konfransı keçirilib. SİA-nın xəbərinə görə, Konfrans nümayəndələri və qonaqlar ilk əvvəl Heydər parkında partiyanın qurucusu və yaradıcısı, Ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyub, ona hörmət və ehtiramlarını ifadə ediblər.
Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının konfransında iştirak etmək üçün seçilmiş 188 nəfər nümayəndədən 184 nəfəri, dəvət olunmuş 22 nəfər qonaqdan 20 nəfəri konfransın işində iştirak edib. Eyni zamanda konfransın işində MM-in deputatları Ərəstun Cavadov, Çingiz Əsədullayev, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iştirak ediblər.
Konfrans dövlət himninin səsləndirilməsi ilə işinə başlayıb.

YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov təşkilatın V konfransından ötən dövr ərzində görülən işlərdən, uğurlardan və nailiyyətlərdən bəhs edən məruzə ilə çıxış edərək, əvvəlki illərə nisbətən Gənclər Birliyinin, Qadınlar Şurasının, təşkilat və ideologi şöbələrin işinin daha da genişləndirildiyini, rayon təşkilatının ilk partiya təşkilatları ilə əlaqələrinin möhkəmləndiyini eləcə də partiya maarifçilik işinin gücləndirildiyini qonaqların diqqətinə çatdırıb. Bildirilib ki, çoxsaylı gənclər, qadınlar və ağsaqqallar sıralarımıza qəbul olmaq üçün ilk partiya təşkilatlarına müraciət edib: "Bu gün 12605 nəfər YAP üzvü 77 ərazi ilk partiya təşkilatında birləşib. Onlardan 6423 nəfərini, yəni 51%-ni qadınlar, 5434 nəfərini, yəni 43%-ni gənclər təşkil edir. Ümumiyyətlə, V konfransdan ötən dövr ərzində 3552 nəfərə partiya üzvlük vəsiqəsi verilib".


Daha sonra konfransda YAP Ağdaş rayon təşkilatının Nəzarət-təftiş qrupunun sədri Sahib Məmmədovun da hesabat məruzəsi dinlənilib. Məruzələr ətrafında Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Ağdaş rayon təşkilatının sədri Anar Şahmuradov, Ağdaş Bələdiyyəsinin sədri Hənifə Yusibova, Rayon Ağsaqqallar Şurasının üzvü, \"Tərəqqi\" medallı Vaqif Hacıyev, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Şurasının üzvü, rayon Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov çıxış edərək V konfransdan keçən dövr ərzində Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı tərəfindən görülmüş işlərin qənaətbəxş hesab edilməsini, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Nəzarət-təftiş qrupunun hesabatının nəzərə alınaraq təsdiq edilməsini təklif ediblər.


Azərbaycan Demokratik Maarifçilik Partiyası rayon təşkilatının sədri Şöhrət Musayev rayonda fəaliyyət göstərən və konfransın işinə qatılan 7 siyasi partiyanın rayon təşkilatları adından Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının VI Konfransının işinə uğurlar arzulayıb və təbriklərini çatdırıb.


Konfransın işində iştirak edən MM-in deputatları Ərəstun Cavadov, Çingiz Əsədullayev, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Rafiq Niftəliyev çıxış edərək, ölkəmizdə mövcud ictimai-siyasi vəziyyət və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən möhtəşəm quruculuq işlərindən bəhs ediblər, partiyanın gördüyü işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat veriblər. Qonaqlar Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının işinin qənaətbəxş olmasından danışaraq rayon təşkilatı aparatının düzgün formalaşmasını, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının keçirilən bütün siyasi kampaniyalardakı fəaliyyətini yüksək qiymətləndirərək konfransın işinə uğurlar arzulayıblar.


Sonra YAP Ağdaş rayon təşkilatının 35 nəfərdən ibarət Şurası, 17 nəfərdən ibarət İdarə heyəti, 5 nəfərdən ibarət Nəzarət-təftiş qrupu və iki sədr müavini seçilib. Cavid Həmid oğlu Osmanov yenidən Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri seçildi. Konfransln sonunda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə müraciət qəbul edilib. Konfrans dövlət himninin səsləndirilməsi ilə işini başa çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə