“Azərbaycan gəncləri QİÇS-ə yox deyir” şüarı altında xeyriyyə tədbirləri keçiriləcək
Azərbaycan Gənclər təşkilatını və Azərbaycan Müasir və Sosial Rəqs Assosasiyasının birgə təşəbbüsü ilə dekabrın 2-də "Azərbaycan gəncləri QİÇS-ə yox deyir" şüarı altında xeyriyyə tədbiri keçirirlər. SİA-nın məlumatına görə, dekabrın 2-ə keçirilən xeyriyyə konserti Metkartinq-də reallaşacaq. Konsertində maraqlı, müxtəlif janrlı rəqs nömrələri təqdim olunacaq.
Adı çəkilən qurumların birgə təşəbbüsü ilə dekabrın 4-də də xeyriyyə tədbirinin keçirilməsi nəzərdə tutulub. Metkartinqdə keçiriləcək ikinci tədbirdə xeyriyyə xarakteri daşıyır. Burada da Sosial Latın, duet şoular və digər janrda rəqs nömrələrinin nümayişi planlaşdrılıb.
Onu da qeyd edək ki, Azərbaycan Gənclər Təşkilatı və Azərbaycan Müasir və Sosial rəqs Assosasiyasının təşkilatçılığı ilə ilin sonuna qədər başqa silsilə təbdirlərin keçirilməsi istiqamətində də işlər aparılır. Beləki, adıçəkilən qürumların təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda Beynəlxalq rəqs müsabiqəsinin keçirilməsi planlaşdırılıb. Beynəlxalq rəqs Çempionatında sosial-latın, Duet rəqs şousu, Elektro rəqs, Breq-tans janrlarında olan rəqslərin nümayişi nəzərdə tutulub. Bir neçə gündən sonra isə Azərbaycanın yığma komandasıGürcüstana yola düşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB