Səbail rayonunda əlil uşaqlar üçün musiqili-əyləncəli tədbir keçirilib -FOTO
3 Dekabr – Beynəlxalq əlillər günü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti tərəfindən rayondakı Əlillər və Gözdən əlillər cəmiyyətlərinin üzvlərinin nümayəndələri, Saray qəsəbəsindəki uşaq evində tərbiyə alan, həmçinin 219 saylı evdə məktəbdə təhsil alan əlil uşaqlar ümumilikdə 150-dən çox əlil üçün musiqili-əyləncəli tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbir iştirakçılarını salamlayan Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov dövlətimizin və şəxsən ölkə başçısı İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda həyata keçirilən işlərdən danışıb. Qeyd olunub ki, Səbail rayonunda qeydiyyatdan keçmiş 3550 nəfər müxtəlif əlillik dərəcəsinə malik vətəndaş yaşayır. Bunların arasında əmək, Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş insanlar vardır.
A.Əsgərov bildirib ki, əlil vətəndaşla və xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər üzvünün borcudur. Bununla əlaqədar əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır. Belə ki, əlil uşaqların təhsil almalarının təmini üçün yaradılan təhsil müəssisələrindən biri Səbail rayonunda fəaliyyət göstərən 219 saylı məktəbdir. Hazırda bu məktəbdə müxtəlif dərəcəli əlilliyi olan 742 nəfər uşaq 11 illik təhsil alır. Onlara 260 nəfər müəllim dərs keçir. Burada təhsilin səviyyəsi digər məktəblərdəkindən fərqlənmir, bir çox əlil uşaqların savadı adi məktəblərdəkilərdən də üstün olur. Təkcə 2010-2011-ci təhsil ilinin yekununda məktəbin 105 məzunu respublikamızın və bir sıra xarici dövlətlərin ali məktəblərinə qəbul olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB