Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin Naxçıvan görüşünün vaxtı bəlli olub
Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin Naxçıvanda keçiriləcək növbəti toplantısının vaxtı dəqiqləşib. SİA-nın "AzərTAc" dövlət agentliyinə istinadən verdiyi məlumata görə, görüş 2012-ci il yanvarın 17-də Naxçıvan şəhərində keçiriləcək.
Bu barədə qərar toplantıya hazırlıq məqsədi ilə Üçtərəfli İqtisadi Komitənin Tehranda keçirilmiş birinci iclasında qəbul edilib. İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB