Konyada Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Konyada Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
Dekabrın 1-də Strateji Araşdırmalar Mərkəzi (SAM) və Türkiyə Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə Türkiyənin Konya şəhərinin Selcuk Universitetində Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.

SİA-nın xəbərinə görə, tədbirdə SAM-ın aparıcı elmi işçisi Cavid Vəliyev "Dağlıq-Qarabağ münaqişəsi və onun həlli yolları", millət vəkili Fazil Mustafa "Azərbaycan və Turkiyənin erməni problemi ve atılacaq birgə addımlar", APA-nın baş direktoru Vüsalə Mahirqızı "Türkiyə-Azərbaycan münasibətlərində mətbuatın rolu", Azərbaycan Türkiyə İş Adamları Birliyinin nümayəndəsi Rəşad Rəsullu isə "Türkiyə-Azərbaycan arasında iqtisadi əlaqələr" mövzularında məruzələrlə çıxış edəcəklər.

Tədbirin keçirilməsində məqsəd Türkiyə-Azərbaycan münasibətlərinin ekspertlər səviyyəsində müzakirəsini həyata keçirmək, türk ictimaiyyətini Azərbaycanda gedən son ictimai-siyasi proseslərlə və xüsüsilə Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırmaq, həmçinin ali təhsil ocaqları ilə daha sıx əlaqələr qurmaqdır.


CABİR

Bütün xəbərlər Facebook səhifəmizdə