Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ombudsman aparatının birgə təşkilatçılığı ilə "Avropa Sosial Xartiyası" mövzusunda seminar keçirilib. SİA-nın verdiyi xəbərə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, Azərbaycan 2004-cü ildən Avropa Sosial Xartiyasının 31 maddəsindən 18-nə qoşulub. Nazir müavininin sözlərinə görə, Azərbaycan hökuməti bu maddələrin icrası vəziyyətinin gedişi haqqında 4 hesabat hazırlayıb: "Bu hesabatların təhlili göstərir ki, Azərbaycanda Avropa Sosial Xartiyasının xüsusilə sosial sahələrə dair maddələrinin yerinə yetirilməsində irəliləyiş, müsbət dinamika var. Bunlar əməkhaqlarının, pensiyaların məbləğinə, digər sosial normativlərin tətbiqi ilə bağlı məsələlərə aiddir. Avropa məkanında sosial hüquqların demokratik proseslər müstəvisində geniş şəkildə təsdiq edilməsi və təminatda xüsusi önəm kəsb edən dəyişdirilmiş avropa sosial xartiyasının müddəalarının icrası istiqamətində ölkədə konkret işlər görülür. Bundan əlavə xartiya ilə milli qanunvericiliyin maddələri arasında özünü göstərən uyğunsuzluqlar aradan qaldırılır".
Ombudsman Elmira Süleymanova isə qeyd eidb ki, seminarın məqsədi xartiyaların müvafiq maddələrinin icrası istiqamətində respublikada görülən işlərin müzakirəsi keçirilib. Oun sözlərinə görə, seminarda ölkənin davamlı sosial iqtisadi inkişafı şəraitində gələcəkdə xartiyanın yeni maddələrini radifikasiya etmək imkanları nəzərdən keçirilib. Azərbaycanda əhalinin müxtəlif qrupları üzrə 50-dək dövlət proqramının həyata keçirildiyini deyən E.Süleymanova qeyd edib ki, onlar əsasən uşaqların, əlil və qadınların hüquqlarının müdafiəsi ilə bağlıdır: "Son qoşulduğumuz konversiya əlillərin hüquqlarının müdafiəsi ilə bağlıdır. Onun sürətlənləndirilməsi üçün Milli Məclisə müraciət etmişik. Bunları həyata keçirmək üçün şəbəkə yaratmışıq. Şəbəkə 30-dək əlil təşkilatını özündə birləşdirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB