\"Ekoloji stabillik və iqlim dəyişmələri mövzusu müasir mətbuatda” adlı Tədris Proqramının təqdimatı keçirib - FOTO
Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişikliyi sahəsində peşəkarlığının artırılması məqsədi ilə tədris praqramının hazırlanması layihəsi çərçivəsində vəsait nəşr edilib. SİA-nın verdiyi məlumata görə, vəsaitdə media və teleradio jurnalistləri, həmcinin ali məktəblərin jurnalistika fakültələrinin tələbələri üçün nəzərdə tutulur.
Mətbuat Şurası UNESCO-nun Moskva ofisinin təşkilatçılığı ilə keçirilən təqdimetmə mərasimində çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, proqramın hazırlanmasında məqsəd Azərbaycanda fəaliyyət göstərən ali məktəblərin jurnalistika fakültələrində və KİV-də çalışan jurnalistlər üçün gələn ilin əvvəlindən başlayaraq kursların keçirilməsindən ibarətdir.
"Hazırda Tədris Proqramının Təhsil Nazirliyi tərəfindən təsdiq olunmasına çalışırlar. Artıq bununla bağlı danışıqlar gedir. Yaxın vaxtlarda proqram Təhsil Nazirliyi tərəfindən təsdiq olunacaq və ali məktəblərdə tələbə jurnalistlərə proqram əsasında kurslar keçiriləcək", - Şura sədri bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB