Yasamal, Nəsimi və Səbail 2 gün su olmayacaq

Yasamal, Nəsimi və Səbail 2 gün su olmayacaq

Noyabrın 30-u və dekabrın 1-də Bakının Yasamal, Nəsimi və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində müəyyən fasilələr yaranacaq. "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən SİA-ya verilən məlumata görə, suyun məhdudlaşdırılmasına səbəb Yasamal rayonu ərazisində məhəllədaxili şəbəkələrin Mətbuat prospektindən M.Müşfiq küçəsinə qədər çəkilmiş magistral kəmərə qoşulması işlərin aparılmasıdır. Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.


Bütün xəbərlər Facebook səhifəmizdə