“Avropa Sosial Xartiyası” mövzusunda seminar keçirilib

“Avropa Sosial Xartiyası” mövzusunda seminar keçirilib
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ombudsman aparatının birgə təşkilatçılığı ilə "Avropa Sosial Xartiyası" mövzusunda seminar keçirilib. SİA-nın verdiyi xəbərə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, seminarın məqsədi xartiyaların müvafiq maddələrinin icrası istiqamətində respublikada görülən işlərin müzakirəsi keçirilib. Seminarda ölkənin davamlı sosial iqtisadi inkişafı şəraitində gələcəkdə xartiyanın yeni maddələrini radifikasiya etmək imkanları nəzərdən keçirilib. "Avropa məkanında sosial hüquqların demokratik proseslər müstəvisində geniş şəkildə təsdiq edilməsi və təminatda xüsusi önəm kəsb edən dəyişdirilmiş avropa sosial xartiyasının müddəalarının icrası istiqamətində ölkədə konkret işlər görülür. Bundan əlavə xartiya ilə milli qanunvericiliyin maddələri arasında özünü göstərən uyğunsuzluqlar aradan qaldırılır.


Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə