“Əzizbəyov\" metrostansiyasında işlər sürətlənib

“Əzizbəyov\" metrostansiyasında işlər sürətlənib

"Əzizbəyov\" metrostansiyasında inşaat-quraşdırma işlərinə nəzarət gücləndirilib. Dekabr ayının sonuna kimi stansiyanın istismara verilməsi nəzərdə tutulub. Artıq stansiyanın dam daxilində həm də giriş-çıxışında xeyli işlər görülüb.

Bakı Metropoliteni İdarəsinin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarverdiyevanın SİA-ya verdiyi məlumata görə, giriş-çıxış meydançasının binasının vestibülü avtomobil yolundan bir qədər uzaqlaşdırılmaqla yenidən inşa edilib. Hazırda onun üzərində xüsusi metal konstruksiyanın uzadılması, şüşə örtüyün, arakəsmələrin quraşdırılması işləri gedir. Stansiyaya mərmər örtüyün düzülməsi başa çatmaq üzrədir. Eskalatorun yan divarları, aşağı qatda tavan konstruksiyası yığılır. Müasir tələblərə cavab verən ventilyatorlar quraşdırılır. Artıq Heydər Əliyev prospekti istiqamətində giriş-çıxış meydançasının üzərində çıxış damının inşası yekunlaşmaq üzrədir. Sağ giriş-çıxışda binanın və əks tərəfdə şüşə örtüyün quraşdırılması ilə bağlı bütün işlər tamamlanıb".

N.Tarverdiyeva sözügedən ərazidəki körpülərə qoyulan məhdudiyyət də tezliklə aradan qaldırılacaq: "Hazırda ərazidə yeni keçid inşa olunur. Təmir tezliklə yekunlaşacaq və avtomobillərin hərəkətinə qoyulan məhdudiyyətin götürüləcək".


Bütün xəbərlər Facebook səhifəmizdə