Əflatun Amaşov: “Jurnalistikanın inkişafında xidmətləri olan, haqqı çatan şəxslər ev ala biləcəklər” - AÇIQLAMA - (YENİLƏNİB)

Əflatun Amaşov: “Jurnalistikanın inkişafında xidmətləri olan, haqqı çatan şəxslər ev ala biləcəklər” - AÇIQLAMA - (YENİLƏNİB)

"Jurnalistikanın inkişafında xidmətləri olan, haqqı çatan şəxslər ev ala biləcəklər". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlanmasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

O, deyib ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu jurnalistlər üçün tikiləcək binanın bütün sənədlərini hazırlayıb, yaxın vaxtlarda binanın tikintisinə başlanacaq: "Azərbaycanda evsiz jurnalistlərin siyahısı və evlərin veriləcəyi kriteriyalar hələ hazır deyil. Jurnalistlər üçün cəmi 1 bina tikiləcək, orada da 100-ə yaxın mənzil olacaq. Bu səbəbdəndə elə sənəd hazırlanmalıdır ki, jurnalistikanın inkişafında xidmətləri olan şəxslər ev ala bilsinlər".

İlahə Vəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə