Dekabr ayının 1-dən paytaxtda Nəqliyyatın İntellektual İdarəetmə Sistemi işə salınması ilə əlaqədar dayanacaqdan kənarda saxlayan avtobuslara qarşı tədbirlər ciddiləşdiriləcək.
SİA-ya "Bakısərnişinnəqliyyat" SC-dən verilən məlumata görə, buna dayanacaqlardan kənarda saxlayan sürücülər 4 bal və 40 manat məbləğində cərimələnəcəklər.
Qeyd edək ki, artıq bununla bağlı avtobus sürücülərinə xəbərdarlıq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB