Bu gün hava küləkli olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, noyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, gecə və axşam buludlu olacağı gözlənilir.


Şimal-qərb küləyi əsəcək, səhər mülayimləşəcək, gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 5-9 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarına gəlincə, noyabrın 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 11-16 dərəcə şaxta təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə