Bakının Nəsimi rayonu Azadlıq prospekti, "Dostluq" kinoteatırının yaxınlığında bıçaqlanma hadisəsi baş verib. SİA-nın verdiyi məlumata görə, hadisə zamanı 30 yaşlı Elşən Atakişizadə naməlum şəxs tərəfindən bıçaqlanıb.1 saylı şəhər xəstəxanasına çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Xəstəxanadan verilən məlumata görə, zərərçəkən boğaz nahiyyəsindən bıçaq yarası alıb. Hazırda yaralının vəziyyəti normal olsa da, o reanimasiya şöbəsində müalicəsini davam etdirir. Qeyd edək ki, hadisə nəticəsində bıçaq xəsarətləri alan Elşən Atakişizadə Suraxanı Rayon İcra Hakimiyyətində çalışır. Faktla bağlı Nəisim RPİ-də araşdırma başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB