Bərdə rayonunda QHT nümayəndələrinin iştirakı ilə tədbir keçirilib

Azərbaycan Respublikasının prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Bərdə rayonunda QHT nümayəndələrinin iştirakı ilə tədbir keçirib.

SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Bərdə Rayon İcra hakimiyyətində keçirilən tədbirdə şuranın 4 illik fəaliyyətinin yekunlarına dair hesabat dinlənilib. Tədbirdə o da vurğulandı ki, QHT-lərə Dövlət Dəstəyi Şurası yaradıldıqdan sonra regionlarda fəaliyyət göstərən bir çox təşkilatların layihələrinə maliyyə yardımı göstərilib. Hazırda şuranın hesabat xarakterli tədbirləri respublikanın bir çox rayonlarında keçirilib. Həmçinin qeyd edildi ki, əsasən əhalinin sosial yönümlü problemlərinin aradan qaldırılması ilə bərabər, şura tərəfindən Qarabağla bağlı layihələrədə maliyyə vəsaiti ayırıb.


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə