Regionlarda əlillər üçün yaşayış binalarının tikintisinə başlanacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ağcabədi və Yevlax rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli olan müasir tələblərə uyğun iki yaşayış binası əlil və şəhid ailələrinə təqdim olunacaq. SİA-nın xəbərinə görə, cari ilin sonunadək Quba, Göygöl, Samux rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli və müxtəlif bölgələrdə 10 ədəd fərdi ev bu təbəqələrdən olan insanların istifadəsinə veriləcək. Həmçinin yaxın günlərdə Şəki və Şəmkir rayonlarında hər biri 36 mənzilli, Bakının Nərimanov rayonunda gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış binalarının tikintisinə başlanacaq. 2012-ci ildə isə Suraxanı, Sabunçu rayonlarında və Gəncə şəhərində hər biri 9 mərtəbəli 81 mənzilli, Sumqayıt şəhərində 12 mərtəbəli 96 mənzilli yaşayış binalarının inşası başa çatacaq.
Qeyd edək ki, 17 noyabr 2011-ci il tarixdə Qəbələ rayonunda əlil və şəhid ailələrinə 36 mənzilli yaşayış binasının və 100 minik avtomobilinin təqdim olunması mərasimində iştirak edən prezident İlham Əliyev bir daha bildirib ki, növbəti bir neçə ildə növbədə olan bütün əlil və şəhid ailələri gözəl mənzillərlə təmin ediləcəklər. Əlillərin dövlət hesabına avtomaşınlarla təminatı işləri cari ildə də uğurla davam etdirilir və bu il ərzində yerli istehsal olan, keyfiyyəti və müasir dizaynı ilə seçilən 304 ədəd LİFAN markalı minik avtomobilinin müharibə əlillərinə verilməsi nəzərdə tutulub. Ümumiyyətlə, bu vaxtadək 3244 minik avtomobili Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi əlillərinə təqdim edilib. Eyni zamanda 7500-ə yaxın əlil arabası ehtiyacı olan əlillərə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB