Parisdə daun sindromlu şəxslərin iştirakı ilə konsert təşkil olunacaq

Parisdə daun sindromlu şəxslərin iştirakı ilə konsert təşkil olunacaq

3 dekabr-Beynəlxalq Əlillər günü ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının Təhsil, elm və mədəniyyət təşkilatı (UNESCO) tərəfindən Paris şəhərində 29 noyabr – 4 dekabr tarixlərində müxtəlif ölkələrdən olan daun sindromlu şəxslərin iştirakı ilə konsert təşkil olunacaq. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tədbirdə ölkəmizdən olan daun sindromlu şəxslərin iştirakı da təmin edilib. Tədbirdə Azərbaycandan olan daun sindromlu 12 nəfər uşaqdan ibarət "Dəcəllər" rəqs qrupu da konsert proqramı ilə çıxış edəcək. Tədbir çərçivəsində yaradıcı əlillərin, habelə respublikamızdan olan istedadlı əlillərin tətbiqi sənət nümunələrindən ibarət sərginin nümayişi də nəzərdə tutulur.

Eyni zamanda, tədbirdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası və dolğun həyat şəraitinin təmin olunması sahəsində ölkəmizdə həyata keçirilən dövlət siyasəti barədə tədbir iştirakçılarına geniş məlumat verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə