Ağcabədi və Yevlaxda əlillər və şəhid ailələri üçün inşa edilən 2 yaşayış binasının acılışı olub. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, mənzillərin təqdim etmə mərasimində iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Füzuli Ələkbərov bölgələrdə vətəndaşları qəbul edib onların şikayətləri ilə yaxından tanış olub.
Ağcabədi və Yevlax rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli olan iki yaşayış binası Qarabağ əlillərinə və şəhid ailələrinə verilib. Bu günə qədər çətin şəraitdə yaşadığını deyən ailələr onlara göstərilən bu diqqət və qayğıdan razı olduqlarını bildiriblər.
Acılış mərasimində iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Füzuli Ələkbərov özü şəxsən mənzillərin açarlarını sahiblərinə təqdim edib.Tədbirdə cıxış edən nazir bildirib ki ,dövlət vəsaiti hesabına bu günə qədər 5 minə yaxın əlil və şəhid ailəsi mənzillə təmin olunub.
Həmçinin qəbul zamanı Ağcəbədi və ətraf rayonların sakinləri problemlərini bir başa nazirə çatırıblar. Sakinlərin əsas şikayəti isə dövlət tərəfindən verilən ünvanlı sosial yardım ala bilməmələri olub. Bir çoxlarının problemləri isə qanun çərçivəsində yerindəcə öz həllini tapıb.
Qeyd edək ki , bu ilin sonunadək Quba, Göygöl, Samux rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli və müxtəlif bölgələrdə 10 ədəd fərdi ev bu təbəqələrdən olan insanların istifadəsinə veriləcək. Yaxın günlərdə Şəki və Şəmkir rayonlarında hər biri 36 mənzilli, Bakının Nərimanov rayonunda gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış binalarının tikintisinə başlanacaq.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB