Səbail susuz qalıb

Bu gün Səbail rayonu ərazisində suyun verilişində məhdudiyyət yaranıb. "Azərsu" ASC-ndən SİA-ya verilən məlumata görə, problemin səbəbi Səbail rayonunun Neftçilər prospektində ( Funikulyorun yaxınlığında) aparılan tikinti işləri ilə əlaqədar magistral su xətlərinin köçürülməsi işləri həyata keçirilməsidir: "Bununla əlaqəda Səbail rayonunda içməli suyun verilməsində məhdudiyyət yaranıb. Yaranmış narahatlığa görə, "Azərsu" ASC abonentlərdən üzr istəyir".


Bütün xəbərlər Facebook səhifəmizdə