Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi: “Ayətullah Sədiqinin dedikləri böhtandır”
Azərbaycandakı mövcud dini durumla bağlı irəli sürdüyü fikirlər növbəti cəfəngiyatdan başqa bir şey deyil.
Bunu Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarovun Ayətullah Sədiqinin fikirlərinə münasibətində bildirib. Ə. Zülfüqarov bildirib ki, Sədiqinin timsalında "ayətullah"ların İslamı şəxsi məqsədlərinin alətinə çevirərək, obyektivlikdən uzaq formada Azərbaycan dövlətinin hicaba qadağa qoyduğunu, dindarlarla üz-üzə dayandığını iddia etmələri tamamilə məntiqsizlik və həmin "din adamları"nın özlərinin də yaxşı bildiyi ən böyük günahlardan sayılan böhtandır. Çıxışında Azərbaycandan bəhs edərkən "Bakı dövləti" ifadəsini işlətməsi onun səviyyəsizliyini, dünyagörüşünün kasadlığını bir daha göstərir. Azərbaycanın fətvalarla deyil, dünyəvi qanunlarla idarə olunduğunu "unutmuş ayətullahlar"a onu da xatırlatmaq lazımdır ki, ölkəmizdə qanunun aliliyi prinsipi yüksək səviyyədə qorunur. Qanunlarımıza görə isə İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasında təhsil almış Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Bu məsələnin əlavə şərhinə ehtiyac yoxdur.
Azərbaycan dövlətinin dinlərarası münasibətlərdə tolerant prinsipləri önə çəkməsi, dinlər və məzhəblərüstü siyasət aparması totalitar təfəkkür tərzinə sahib "ayətullahları" yamanca narahat edir və onlar son çarə kimi azərbaycanlı dindarları dövlətə qarşı qoymağa çalışırlar. Bəyanatlarında üstüörtülü şəkildə "cihad", "şəhadət", "qüdrət taxtından yerə salmaq" kimi ifadələrdən istifadə etmələri onların həm dini, həm də siyasi səbatsızlıqlarından xəbər verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB